Manila-İstanbul reysini həyata keçirən Türk Hava Yollarına məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

İndex.az bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb təyyarədə olan sərnişinin vəziyyətinin kəskin pisləşməsi (ürək tutması – 45 yaşlı qadın) olub.

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 03:30-da Bakı hava limanına eniş edib.

Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.

Təyyarə yerli vaxtla saat 05:07-də ​​Bakıdan İstanbula yola düşüb.