ABŞ-da aparılan bir araşdırmada gündə ən az 1 stəkan şəkərli içki qəbul edən menopozlu qadınların 3 stəkandan çox şəkərli içki qəbul etməyənlərə nisbətən qaraciyər xərçəngi və xroniki qaraciyər xəstəliklərinə tutulma riskinin daha yüksək olduğu müəyyən edilib.
Nəticələri "Jama" jurnalında dərc edilən araşdırmada, menopozda olan qadınlarda sərinləşdirici içkilərin istehlakı ilə alkoqolsuz yağlı qaraciyər xəstəliyi, qaraciyər fibrozu, siroz, alkoqollu qaraciyər xəstəlikləri, hepatit və qaraciyər xərçəngi müayinə edildi.

Alimlər 1993-1998-ci illər arasında ABŞ-dakı 40 tibb mərkəzindən Qadın Sağlamlığı Təşəbbüsünə (WHI) daxil olan 50-79 yaş arası 98.786 menopauzalı qadının 2020-ci ilin mart ayına qədər sağlamlıq tarixçələrini izlədilər.
Bu çərçivədə üç ildən bir keçirilən müayinələrdə iştirakçıların süni dadlandırıcı və ya şəkərli sərinləşdirici içkilərdən istifadə etməsi və qaraciyərlərinin sağlamlığı ilə bağlı məlumatlar toplanıb. Meyvə şirələri "şirinləşdirilmiş içki" anlayışına daxil edilməyib.
Araşdırma zamanı 207 qadında qaraciyər xərçəngi aşkarlanıb, 148 qadın isə xroniki qaraciyər xəstəliklərindən dünyasını dəyişib.

Tədqiqat nəticəsində, ayda 3 stəkan və ya daha az şəkərli içki qəbul edənlərə nisbətən gündə ən az 1 stəkan şəkərli içki qəbul edən qadınlarda qaraciyər xərçənginə tutulma riskinin daha yüksək olduğu və ölüm hallarının daha çox olduğu müəyyən edilmişdir.
Qeyd edilib ki, hər gün şəkərli içkilər qəbul edən iştirakçılarda qaraciyər xərçənginin inkişaf riski 100 min nəfərə 10,3-dən 100 min nəfərə 18,0-a, bu iştirakçılarda xroniki qaraciyər xəstəliklərindən ölüm halları isə 100 min nəfərə 7,1-dən 17,7-yə yüksəlib.
Süni şəkildə şirinləşdirilmiş içkilər qəbul edən iştirakçılarda isə istehlak tezliyi artsa da, qaraciyər xərçəngi və digər xroniki qaraciyər xəstəliklərinə tutulma riskində ciddi artım olmayıb.
ABŞ-da böyüklərin təxminən yüzdə 65inin hər gün şəkərli içkilər istehlak etdiyini ifadə edən elm adamları, bioloji səbəb-nəticə əlaqəsini təyin edərək, müəyyən etdikləri əlaqənin gələcək araşdırmalarla dəstəklənməsi lazım olduğunu qeyd etdilər.
