2023-cü ildə Rusiyanın dövlət borcu təxminən 13% artaraq 25,6 trilyon rubl təşkil edib.
İndex.az xəbər verir ki, bu cür məlumatlar Hesablama Palatasının federal büdcənin icrasının gedişi ilə bağlı analitik qeydində yer alır.
Qeyd olunub ki, ölkənin dövlət borcu 2,8 trilyon rubl və ya 12,2% artıb və ÜDM-in 15%-ni təşkil edir.
Eyni zamanda, daxili borc 20,8 trilyon rubla bərabər olub ki, bu da 2 trilyon rubl və yaxud 10,8% artım deməkdir. Xarici borc isə 4,1 milyard dollar azalaraq 53,3 milyard dollar (4,8 trilyon rubl) təşkil edib.
