Rusiya Ukrayna limanlarına gedən gəmilərə potensial hərbi hədəf kimi baxacağını elan etdikdən sonra qlobal bazarlarda buğdanın qiyməti sürətlə artıb. Avropa birjalarında buğdanın qiyməti dünənlə müqayisədə 8 faizdən çox artıb.
İndex.az xəbər verir ki, Moskva bu həftə Qara dənizdən taxıl daşınması üçün təhlükəsiz keçidi təmin edən Taxıl Dəhlizi Sazişindən çıxdı.
Rusiya prezidenti Vladimir Putin tələblərinin yerinə yetiriləcəyi təqdirdə taxıl müqaviləsinə qayıdacağını bildirib.
Bu tələblərə Rusiyanın kənd təsərrüfatı bankının yenidən qlobal ödəniş sisteminə daxil edilməsi daxildir.
