Rusiya bank sektorunun xalis mənfəətinin iyun ayında əvvəlki ayla müqayisədə 15 faiz artaraq 314 milyard rubla yüksəldiyi, sektorun ilin ilk yarısındakı xalis mənfəətinin isə rekord qıraraq 1,7 trilyon rubla yüksəldiyi bildirilib.
İndex.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı tərəfindən edilən yazılı açıqlamada, sektorun 2021-ci ildə illik xalis mənfəətinin 2,4 trilyon rublla rekord qırdığı xatırladılırkən, 2023-cü ilin xalis mənfəətinin sözügedən səviyyəyə yaxınlaşması və ya aşması gözlənildiyi qeyd edilib.
Rusiya bank sektoru 2022-ci ili sanksiyalara görə 1,5 trilyon rubl zərərlə bağladığı halda, bu il rublun ucuzlaşması səbəbindən bankların valyuta aktivləri və öhdəlikləri rubl ifadəsində böyüməyə başlayıb.
