Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasında çıxış edən dünyaca məşhur portuqaliyalı futbolçu Kristiano Ronaldo ənənəvi geyimdə komanda yoldaşları ilə qılınc rəqsi nümayiş etdirib.
İndex.az xəbər verir ki, sentyabrın 23-də Səudiyyə Ərəbistanının Milli Günü üçün "Əl Nəsr" komandasının hazırladığı sosial media videosunda "Biz bir bayraq altında birlikdə xəyal edirik və nail oluruq" ifadələrindən istifadə edilib.
Video paylaşımında Ronaldo, seneqallı hücumçu Sadio Mane və komandanın digər oyunçularının ənənəvi ərəb geyimində bişt və kufiyyə adlı baş geyimini geyinərək qılınc rəqsi etdikləri görünür.
[embed]https://www.youtube.com/watch?v=eYSoJZdc_5s[/embed]
