Çinin “Xiaomi” və “Redmi” şirkətlərinin prezidenti Lu Veybinq (Lu Weibing) “Redmi Note” seriyalı mobil telefonların nailiyyətlərini açıqlayıb.
Bu barədə İndex.az ixbt.com saytına istinadən xəbər verir.
O bildirib ki, son 10 ildə bu model telefonlarının ümumi satış həcmi 320 milyon ədədi keçib.
L. Veybinq həmçinin nüfuzlu tədqiqat təşkilatı olan “Canalys” tərəfindən nəşr olunan 2022-ci il üçün qlobal mobil telefon tədarükü reytinqini təqdim edib.
Bu reytinqdə “Redmi Note 11” telefonu “iPhone 14 Pro” və “iPhone 14 Pro Max” kimi 18 milyon ədəd satışla ilk onluğa daxil olub.

O qeyd edib ki, “Redmi Note 11” həm də bu onluğa daxil olan yeganə Çin mobil telefon markasıdır. Digər modellər “Apple” və ya “Samsung”a məxsusdur.
Dünən “Xiaomi” 290 dollara “Redmi Note 12 Turbo” smartfonunu və Harri Potter həvəskarları üçün xüsusi buraxılışını təqdim edib. Şirkət “Redmi Note 12 Turbo”nun ekran təchizatçısının “Tianma” şirkəti olduğunu təsdiqləyib.
