Qızılın qiyməti ardıcıl olaraq üçüncü günündə də bahalaşıb.
İndex.az xəbər verir ki, qızılın dəyəri 2,5% artaraq bir unsiya üçün təxminən 3 min 310 dollara yüksəlib.
Bu yüksəlişin səbəbi Yaxın Şərqdə baş verən proseslər və qlobal ticarətdə yaranmış gərginlikdir.
