ABŞ və Avropa İttifaqı arasında ticarət əlaqələrinin yaxşılaşması qızılın dəyərini ucuzlaşdırıb.

İndex.az xəbər verir ki, qızıl bazar ertəsi günü 0,4% ucuzlaşaraq bir unsiya üçün təxminən 3 min 347 dollara satılır.

Qeyd edək ki, Brüssel transatlantik ticarət müharibəsindən qaçmaq üçün ABŞ ilə danışıqları sürətləndirəcəyini söyləyib.

Bu addım isə hər iki tərəf arasında məsələyə yanaşmaları yumşaldıb.