Rusiya prezidenti Vladimir Putin xarici şirkətlərin ölkədən çıxmasının üstünlüklərini açıqlayıb.

İndex.az Rusiya mətbuatına istinadən xəbər verir ki, V.Putin bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı çərçivəsində danışıb.

Rusiya dövlət başçısının sözlərinə görə, Rusiya Federasiyasını tərk edən xarici şirkətlər 2 trilyon rublluq yer boşaldıblar.

Putin onu da vurğulayıb ki, bir çox xarici brendlər Rusiyada məhsul istehsal edir, ona görə də onların ölkədən getməsi heç bir şəkildə mal istehsalına təsir etməyib, sadəcə onalrn adı dəyişib.

Bundan əlavə, Rusiya Prezidenti hakimiyyət orqanlarının keçmiş xarici şirkətlərin yeni rus sahiblərinə dəstək verəcəyinə əmin edib.