Kriptovalyutalara marağın artması ilə mərkəzi banklar da hərəkətə keçdi. Daha əvvəl rəqəmsal Avro və rəqəmsal dollar araşdırmaları aparılsa da, bu sahədə ilk addımı Rusiya atıb.
İndex.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı yeni qanun rəqəmsal rublu rəsmi olaraq təqdim edib.
Hazırda Rusiyada nağd və kreditlə iki növ ödəniş üsulu mövcuddur. Rəqəmsal rubl həm də “milli valyutanın rəsmi üçüncü forması” oldu. Putinin imzaladığı qanunla Rusiya Mərkəzi Bankı tərəfindən nəzarət edilən xüsusi rubl tətbiq edilib.
Qanundakı tənzimləməyə əsasən, rəqəmsal rubl Rusiya Mərkəzi Bankının xüsusi elektron platforması vasitəsilə buraxılacaq və paylanacaq. Platforma vasitəsilə rəqəmsal valyutadan istifadə etməklə əməliyyatlar edilə bilər. Birinci mərhələdə ölkə daxilində rəqəmsal rublla ödənişlər və köçürmələr mümkün olacaq.
