Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda iştirak etdiyi əsas sessiyada qlobal proseslər və iş adamı İlon Maskla bağlı qiymətləndirmələr edib.

İndex.az xəbər verir ki, Putinin Maska ictimai təriflər söyləməsi milyarder Maskın Ukraynanın ötən il Krımın Sevastopol liman şəhərində Rusiyanın donanmasına hücuma kömək etmək üçün Starlink peyk şəbəkəsini aktivləşdirmək istəyini rədd etdiyini söyləməsindən bir neçə gün sonraya təsadüf edib.

Sessiya zamanı amerikalı iş adamı İlon Maskla bağlı fikirləri ilə bağlı suala Putin belə cavab verib: “O, şübhəsiz ki, qeyri-adi bir insandır. Bunu qəbul etmək lazımdır və düşünürəm ki, bütün dünya bunu qəbul edir. Fəal və istedadlı iş adamıdır".