Kylian Mbappe komandadan ayrı işləməyə davam edərkən PSJ-nin siyahısında yer almayaraq Liqa 1-in açılış həftəsini buraxacaq.

İndex.az xəbər verir ki, PSJ iyulda Kilian Mbappeni satışa çıxarıb.

Heyətdən kənarlaşdırılan 24 yaşlı futbolçu Paris təmsilçisinin mövsümöncəsi düşərgə heyətindən çıxarılaraq komandadan ayrı çalışıb.

"RMC Sport"un məlumatına görə, Kilian Mbappe klubdan ayrı işləməyə davam edəcək. 24 yaşlı ulduz PSJ ilə müqavilə böhranı səbəbindən Liqa 1-in açılış həftəsini buraxacaq. Kilian Mbappenin "Lorient"in heyətində olacağı gözlənilmir.

Nə Kilian Mbappe, nə də PSJ müqavilə ilə bağlı heç bir güzəştə getmədiyi üçün fransalı ulduzun Liqa 1-in ikinci həftəsində keçiriləcək "Tuluza" matçında iştirak etməsi gözlənilmir. PSJ Kilian Mbappenin komandadan ayrılmasını istəyir, 24 yaşlı futbolçu isə gələn yay müqaviləsini tamamlayıb Paris komandası ilə pulsuz vidalaşmağı planlaşdırır.