ABŞ-ın tanınmış içki istehsalçısı olan “Pepsi” şirkəti 15 ildə ilk dəfə loqotipi yeniləyib.
İndex.az “USA Today” nəşrinə istinadən xəbər verir ki, yeni loqotip ABŞ və Kanadada bu payızda, gələn il isə qlobal bazarda istifadə olunacaq,
Yeni loqoda qalın qara rəngdə PEPSI sözü yazılıb. Yazı dairənin mərkəzində dalğavari ağ zolağın üstündə, yuxarıda qırmızı zolaq, aşağıda isə mavi rəngdə zolaq yerləşdirilib.
Bunu “PepsiCo”nun baş dizayneri Mauro Porcini də təsdiqləyib. O, loqonun ona daha çox “enerji, inam və cəsarət” vermək üçün yenidən işlənib hazırlandığını bildirib.
Şirkət rəhbərliyi onu da vurğulayıb ki, yeni dizayn “Pepsi”nin sıfır şəkər təkibli içkilərə diqqətini yönəltdiyini əks etdirir.
