Bu ilin yanvar-iyul aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 751 milyon manat olub.

İndex.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25 % çoxdur.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 450,5 milyon manat olub. Bu da ümumi dövriyyənin 60 %-ini təşkil edib.