Televiziya ilə ictimaiyyətə müraciət edən Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdan olan on minlərlə ermənini öz torpaqlarına qəbul etməyə hazırlaşdıqlarını bildirib.
İndex.az xəbər verir ki, münaqişələr başlayanda bölgədən mümkün qaçqın axınına hazır olduqlarını bildirən Paşinyan 40 min ailəni Ermənistana qəbul edəcəklərini açıqlayıb.
Nikol Paşinyan deyib ki, ermənilər öz evlərində, ləyaqətlə və təhlükəsiz şəraitdə yaşamalıdırlar.
Paşinyan çıxışında Dağlıq Qarabağdakı ermənilərə qarşı “birbaşa təhlükə” görmədiyini də bildirib.
