Çində 2023-cü ildə mobil telefonların satışı 6,5% artaraq 289 milyon ədəd təşkil edib.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi yanında İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasından (CAİCT) məlumat verilib.
Bildirilib ki, o cümlədən yeni nəsil 5G rabitə şəbəkələrini dəstəkləyən telefonların satışı 11,9% artaraq 240 milyon ədəd təşkil edib.
Çin brendləri bazarda üstünlük təşkil etməkdə davam edib. Belə ki, yerli istehsalçıların payına 231 milyon telefon (artım 1,1%) düşüb. Keçən il onlar 406 yeni model təqdim ediblər (artım 5,5%).
Dekabrda ölkədə ümumi telefon tədarükü 28,28 milyon ədəd təşkil edib ki, bu da 2022-ci ilin eyni ayına nisbətən 1,5% çoxdur.
