Bu ilin yanvar ayında Azərbaycan 169 milyon 633,73 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

Bu barədə index.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 1 milyard 156 milyon 371,18 min ABŞ dolları və ya 48 % azdır. Ötən ay nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 14,85 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb.