"Nissan" böhrandan çıxmaq üçün işçi qüvvəsini əhəmiyyətli dərəcədə azaldaraq xərclərdən qurtulmağı hədəfləyir.
İndex.az xəbər verir ki, "Nissan"ın noyabr ayında ABŞ və Çin üzrə satışları kəskin azalıb.
Zəif satışların xalis gəlirin 94% azalmasına səbəb olub.
Bununla da, "Nissan" 9 min işçini ixtisar etmək qərarına gəlib.
İndi isə "Nissan" bu ixtisar sayını 20 minə qədər artırmağa hədəfləyir.
Bu isə işçilərin 15%-nin işdən çıxarılması deməkdir.
