Niderland Statistika İnstitutu (CBS) 2023-cü ilin ikinci rübünün artım templəri ilə bağlı aparıcı məlumatları açıqlayıb.
İndex.az xəbər verir ki, birinci rübdə əvvəlki rüblə müqayisədə yüzdə 0,4 daralan Niderland iqtisadiyyatı ikinci rübdə yüzdə 0,3 daralıb.
Beləliklə, Avropanın ən mühüm iqtisadiyyatları sırasında olan Niderland tənəzzülə girdi.
Niderlandda ÜDM də 2023-cü ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalıb.
