PSJ ilə yollarını ayıran ulduz futbolçu Neymarın yeni ünvanı Səudiyyə Ərəbistanı olub. Xorxe Jesusun idarə etdiyi "Əl Hilal" braziliyalı futbolçunu transfer etdiyini açıqlayıb. Neymar Ərəbistan təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
İndex.az xəbər verir ki, keçmiş alman futbolçu, daha əvvəl köklü komandalarda çıxış edən Pol Breitner "Blickpunkt Sport"da iştirak etdiyi proqramda Neymarın Ərəbistana transferini tənqid edib.
"Son illərdə günəşin altındakı ən saxta aktyorlardan biri olan cənab Neymarı satın aldığınız üçün təşəkkür edirəm. O, sadəcə olaraq teatrın böyük aktyorlarından biridir", - Breitner deyib.
Sözlərinə davam edən keçmiş futbolçu Neymarı təhqir də edib: "O, saxta mikrobdur. Buna daha çox dözmək məcburiyyətində olmadığınıza görə şükür etməlisiniz".
