Çinin “Air China” dövlət aviaşirkətinə məxsus “CA403” reysinin mühərriklərindən biri alovlandıqdan sonra Sinqapurda eniş edən təyyarədə olan sərnişinlər təxliyə edilib.
İndex.az xəbər verir ki, Sinqapur Mülki Aviasiya Təşkilatından verilən açıqlamada təyyarənin Çinin Çenqdu Tianfu hava limanından Sinqapurun Çanqi hava limanına getdiyi bildirilib.
Bildirilib ki, “Air China” aviaşirkətinə məxsus “CA403” reysi ilə uçan təyyarənin mühərriklərindən biri alovlandıqdan sonra Sinqapurda eniş edən təyyarədə olan 146 sərnişin və 9 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib.
Açıqlamada 9 sərnişinin təxliyyə zamanı kabinəyə buraxılan tüstüdən təsirləndiyi qeyd edilib.
Hadisə ilə bağlı "Air China"dan verilən açıqlamada yanğının mühərrikdəki mexaniki nasazlıqdan qaynaqlandığının müəyyən edildiyi və hadisə ilə bağlı araşdırmanın hələ də davam etdiyi paylaşılıb.
