Moskvanın pilotsuz kosmik gəmisinin Aya səyahəti Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Qərblə münasibətlərin gərginləşdiyi dövrə təsadüf edir.
İndex.az xəbər verir ki, Rusiya Ayın indiyədək araşdırılmamış cənub qütbünü tədqiq etmək üçün cümə günü özünün pilotsuz kosmik kəşfiyyat aparatı "Luna-25"i buraxır.
Texniki problemlərə görə dəfələrlə təxirə salınan bu səfər Moskvanın yarım əsrə yaxın müddətdə ilk Aya eniş missiyasıdır.
Rusiyanın 1976-cı ildən bəri ilk Ay aparatı olan "Luna-25" Moskvadan təxminən 5550 km şərqdə yerləşən Vostoçnı Kosmodromundan buraxılacaq.
Rusiyanın “Roskosmos” kosmik agentliyinin məlumatına görə, “Luna-25” “Soyuz-2 Fregat” itələyicisi ilə orbitə çıxarılacaq və Ayın cənub qütbünə çatan ilk nəqliyyat vasitəsi olacaq.
