“Yelo Bank” gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi Yelo School layihəsinin növbəti epizoduna start verir. Daha öncə pərakəndə bankçılıq sahəsinə həsr olunmuş və 3 ay davam edən təlim-təcrübə proqramı nəticəsində 8 uğurlu iştirakçı “Yelo Bank”da işə qəbul olunub. Layihənin yeni mərhələsi isə mikro kredit sahəsinə fokuslanır.
Bu layihə çərçivəsində ali, orta və peşə təhsilli namizədlər üçün 3 aylıq təlim və təcrübə proqramı təşkil olunacaq. İştirakçılar mikro biznes müştəriləri üzrə ixtisaslaşacaq, real iş mühitində praktiki bacarıqlar qazanacaq və bankçılığın bu sahəsini dərindən öyrənəcəklər.
Layihənin sonunda fərqlənən iştirakçıları Yelo Bank-da karyera imkanı gözləyir. Qeydiyyat üçün link: http://bit.ly/ylschlmcr, son müraciət tarixi isə: 31 avqust 2025.
“Yelo Bank” gənclərin inkişafına dəstək verməyə, bankçılıq sahəsində yeni istedadları kəşf etməyə davam edəcək. Bankın daha çox layihələrindən xəbərdar olmaq üçün sosial şəbəkələrdə Yelo Team səhifəsini izləyə bilərsiniz.
Bank xidmətləri haqda əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
“Yelo Bank” – Parlaq bankçılıq!
Mikro kredit sahəsində karyera qurmaq istəyənlərin nəzərinə!
2025-08-14 10:09
Oxşar xəbərlər
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 % artıb
2025-12-13 13:13
Neftimizin qiyməti 64 dolları ötüb
2025-12-13 10:51
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
2025-12-13 15:23
İctimai iaşə dövriyyəsi 13%-ə yaxın artıb
2025-12-13 12:28
