Argentina millisinin futbolçusu Lionel Messi daha bir rekorda imza atıb.
İndex.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu buna Ekvadora 1:0 hesabı ilə qalib gəldikləri DÇ-2026-nın seçmə mərhələ matçında nail olub.
Komandasının yeganə qoluna imza atan təcrübəli forvard 6 fərqli dünya çempionatının həm final, həm də seçmə mərhələsində fərqlənən ilk futbolçu kimi tarixə düşüb.
