Azərbaycan Mərkəzi Bankı (AMB) “Stimul” Kredit İttifaqı və “Total Finans Kredit İttifaqı”na icrası məcburi göstəriş verib.
İndex.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, “Stimul” Kredit MMC və “Total Finans Kredit İttifaqı” MMC tərəfindən 2025-ci ilin III rübünə hesabatlar təqdim olunmadığından, “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilməmiş, bu səbəblə “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Stimul” Kredit İttifaqı MMC və “Total Finans Kredit İttifaqı” MMC-yə bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi olan göstəriş verilib.
