2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 158,3 milyon manatının və yaxud 0,5 %-nin mədən vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
İndex.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,3 % azdır.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.
