Fransa nəhəngi PSJ Mbappeni komandada saxlamaq üçün hər şeyi edəcəklərini göstərdi.

İndex.az xəbər verir ki, "Defensa Central"ın məlumatına görə, PSJ Mbappe üçün 1 milyard avro dəyərində 10 illik müqavilə ilə inanılmaz təklif edib.

"Mbappeni 34 yaşına qədər kluba bağlayacaqlar və ömürlük PSJ formasını geyindirəcəklər. Bu həm də tarixin ən gəlirli müqaviləsi kimi tarixə düşəcək".

Bununla belə, Mbappenin PSJ-yə pulla motivasiya olunmadığını və kuboklar qazana biləcəyi "Real Madrid"də oynamaq xəyallarının olduğu bildirildi.