Gələn il Fransanın paytaxtı Parisin ev sahibliyi edəcəyi Yay Olimpiya Oyunlarında Rusiya və Belarus idmançılarının iştirakı ilə bağlı qeyri-müəyyənlik davam edərkən, Fransa prezidenti Emmanuel Makron öz fikrini bildirib.

İndex.az xəbər verir ki, Fransanın "L'Equippe" idman qəzetinə danışan Makron, Rusiyanın hərbi cinayətlər törətdiyi bir zamanda Olimpiadada yerinin olmadığını deyib.

Makron bu barədə çox sərt danışıb: “Paris Olimpiya Oyunlarında Rusiya bayrağı ola bilməz"!

Əsas problemin Putinin döyüş səylərini dəstəkləyən rus idmançıları ilə rejimin qurbanı olan idmançıları necə ayırd etmək olduğuna diqqət çəkən Makron, bu vəziyyəti anlamağın ukraynalılar üçün də vacib olduğunu vurğulayıb.