Liviyanın Aralıq dənizi sahillərindəki Derna şəhərində baş verən sel fəlakətində ölənlərin sayı 11 min 300-ə yüksəlib.
İndex.az xəbər verir ki, Qırmızı Xaç hələ də itkin düşənlərin sayını təxminən 20 min olaraq açıqlayarkən, 2 min adamın cansız cəsədinin dənizə sürükləndiyi ifadə edildi.
Dərnədəki dağıntıların miqyası peyk fotoşəkillərinə əks olunarkən, prokurorluq şəhərdə iki bəndin partlaması ilə bağlı araşdırma başlatmağa hazırlaşır.

Fırtına gecəsi komendant saatı tətbiq edən yerli məmurların araşdırılacaq şəxslər arasında olacağı gözlənilir.
Dərnə sakinlərinin bəndlərin vəziyyətindən və heç bir bənd olmadan şəhərin içindən axan Vadi Dərnə çayının yaratdığı təhlükədən xəbərdar olduqları, lakin məsələ ilə bağlı heç bir tədbir görülmədiyi bildirilib.
Lakin bu, Dernanın gördüyü ilk daşqın deyil. Şəhər 1942-ci ildən bəri ən azı 5 ölümcül daşqınla üzləşib və sonuncu ciddi hadisə 2011-ci ildə baş verib.
