Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 20 km şimal-qərbdə, Lənkəran rayonunda zəlzələ qeydə alınıb.

İndex.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.8, dərinliyi isə 5 km olub.

Zəlzələ episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub.