Moskva Rusiya-Ukrayna nizamlanması üzrə bütün ciddi təşəbbüslərə reaksiya verməyə hazırdır.
İndex.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada Ukrayna böhranın nizamlanması ilə bağlı keçirilən dəyirmi masada çıxışında bildirib.
Onun sözlərinə görə, Rusiyanın bu mövqeyi dəyişməyib.
Rusiya XİN başçısı ölkəsinin Vatikanın Ukrayna üzrə elçisi ilə görüşə hazır olduğunu da söyləyib.
Lavrov onu da bildirib ki, Rusiya və Ukrayna arasında danışıqların təşkili ilə bağlı “bütün toplar” Kiyevin tərəfindədir.
