Ötən gün kəskin şəkildə ucuzlaşan qızıl qiymətləri bu gün stabillik göstərib.

İndex.az xəbər verir ki, həftənin ilk ticarət günündə təhlükəsiz sığınacaqlara tələbin azalması səbəbindən qızılın bir unsiyası 2,7% ucuzlaşaraq 3 min 237 dollara enib.

Bu gün isə qızıl dəyərini qoruyaraq bir unsiya üçün 3 min 237 dollara satılıb.

İnvestorlar bərpa gözləntiləri ilə səhmlərdə və riskli aktivlərdə mövqe tutublar.