"Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümu­mi yığıncağının vaxtı dəyişdirilib.

İndex.az xəbər verir ki, aprelin 26-da keçirilməli olan yığıncaq təxirə salınıb və mayın 4-də keçirilməsi nəzərdə tutulub.

Səhmdarların növbədənkənar ümumi yığıncağı bankın Mikayıl Müşfiq küçəsi 2E nömrəli ün­vanda yerləşən ofisində (3-cü mərtəbə, iclas zalı) keçiriləcək.

Qeyd edək ki, səhmdarların növbədənkənar ümumi yı­ğıncağında “Kapital Bank” ASC-nin müşahidə şu­rasının üzvlərinin seçilməsi və müşahidə şurasının əsasnaməsinin yenilənməsi məsələsi gündəlikdə olacaq.