“Jacobs” brendi altında qəhvə istehsal edən Hollandiyanın “Concern JDE Peet's” şirkəti məhsullarının tanıtımını asanlaşdırmaq üçün Rusiya bazarında məhsullarının adını dəyişdirə bilər.

İndex.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşri yazır.

Qeyd olunur ki, yeni brend adı kimi “Monarch” və “Milicano” nəzərdən keçirilir.

Şirkətin adının dəyişdirilməsi ilə bağlı yekun qərarın hələ verilmədiyi dəqiqləşdirilir.

Qəzetin müsahiblərindən birinin fikrincə, adda beynəlxalq brenddən istifadədən imtina yerli biznesə məhsulların Rusiya bazarında tanıtımı üçün daha çox imkanlar verə bilər. Mənbələrə əsasən, “Tchibo GmbH” konserninin Rusiya strukturu da “Tchibo”nun adını “Gold” olaraq dəyişdirə bilər.