İtaliyada bir istehsalçı minlərlə pendir çarxının altında qalaraq həyatını itirib.

74 yaşlı Giacomo Chiapparini Lombardiya bölgəsində parmezana yaxın pendir növü istehsal edirdi.

AFP xəbər agentliyinə danışan yanğınsöndürən Antonion Dusi qəzanın rəfin sınması nəticəsində baş verdiyini bildirib.

Qırılan rəf minlərlə pendir çarxını yerə salaraq zəncirvari effekt verib.

Hadisənin iqtisadi dəyəri 7 milyon avro olaraq qiymətləndirilir.