İtaliyada hökumətin sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə yol qəzalarının qarşısını almaq üçün gecə klublarından çıxan alkoqoliklərə pulsuz taksi təqdim etməsi layihəsi mübahisələrlə başlayıb.

İndex.az xəbər verir ki, Baş nazirin müavini və nəqliyyat naziri Matteo Salvininin təşəbbüsü ilə həyata keçirilən layihədə gecə klublarını tərk edənlər üçün spirtli içkilərin yoxlanılması, sürət həddini aşanlara isə pulsuz taksi və servis xidməti göstərilib.

Alkoqoliklər üçün pulsuz taksi tətbiqi keçən həftənin sonunda altı gecə klubunda sınaqdan keçirilməyə başlanıb.