İsveçrənin “Roche” əczaçılıq və dərman istehsalçısı şirkəti ABŞ-ın “Carmot Therapeutics” farmasevtik şirkətini 2,7 milyard dollara almağa razılaşıb.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Roche” şirkətinin mətbuata açıqlamasında deyilir.

Bundan əlavə, müəyyən məqsədlərə nail olunarsa, “Carmot”un sahibləri əlavə 400 milyon dollara qədər pul ala bilərlər.

Müqavilə “Roche”yə ABŞ şirkətinin inkişaf portfelinə, o cümlədən piylənmə və diabetin müalicəsi üçün dərmanlara çıxış imkanı verəcək.

Əməliyyatın 2024-cü ilin birinci rübündə bağlanacağı gözlənilir.