İsveç Mərkəzi Bankı siyasət faizini 25 bənd artıraraq 4 faizə çatdırıb.
İndex.az xəbər verir ki, "Bloomberg" sorğusuna qatılan iqtisadçıların gözləntiləri faiz dərəcəsini bu səviyyəyə qaldırmaq idi.
Bank faiz dərəcəsini artırsa da, faizlərin daha da arta biləcəyinə dair siqnallar verdi. Bank bəyan edib ki, proqnozlar faiz dərəcələrinin daha da arta biləcəyini göstərir.
