Beynəlxalq yarışa hicabsız qatılaraq gündəmə gələn iranlı şahmatçı Sara Hadıma İspaniya vətəndaşlıq verib.

İspaniyanın ədliyyə naziri Pilar Llop çərşənbə günü verdiyi açıqlamada Hadımın içində olduğu "xüsusi vəziyyəti" nəzərə alaraq ona vətəndaşlıq verdiklərini bildirib.

26 yaşlı şahmatçı dekabr ayında Qazaxıstanın Almatı şəhərində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkil etdiyi Şahmat üzrə Dünya Çempionatına hicabsız qatıldığı zaman gündəm olub.

İran Hadım haqqında həbs qərarı çıxarıb və şahmatçı həyat yoldaşı Ərdəşir Əhmədi və 10 aylıq uşağı ilə ölkəyə qayıtmayıb, İspaniyaya gedib.