İrəvanda etirazçılar Rusiya səfirliyinin girişlərini kəsiblər.

İndex.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, etirazçılar Rusiya hökumətindən və Qarabağdakı rus qoşunlarından Azərbaycanın əməliyyatının dayandırılması üçün tədbirlər görməyi tələb ediblər.

Bir qədər sonra isə səfirliyin qarşısında etirazçılarla polislər arasında toqquşmalar başlayıb.

Səfirliyin girişlərinin bağlanması səbəbindən diplomatlar binanı tərk edə bilməyiblər.

Bu barədə TASS-a səfirlik əməkdaşları bildirib:

"Səfirliyin binasının qarşısında, əsas girişdə çoxsaylı nümayişçi var, arxa qapı da bağlanıb və orada nə qədər adam olduğu məlum deyil".