İran Tələbələr Xəbər Agentliyinin bildirdiyinə görə, səlahiyyətlilər sənədsiz binanı sökməyə başlayarkən daha beş bina çöküb.
İndex.az xəbər verir ki, İranın paytaxtı Tehranda sənədsiz olduğu müəyyən edilən 5 binanın uçması nəticəsində 2-si polis olmaqla 5 nəfər həyatını itirib, ən azı 11 nəfər yaralanıb.
Tehran Polis Xidmətindən verilən açıqlamada tikintilərin lisenziyasız olduğu, çökmə altında həyatını itirənlərdən ikisinin tikintiyə baxış keçirməyə gedən polis əməkdaşları olduğu qeyd edilib.
İran Tələbələr Xəbər Agentliyi (İSNA) dağılan binaların təhlükəsizlik məqsədilə polis tərəfindən mühasirəyə alındığını açıqlayıb.
Qeyd edək ki, ötən il İranın cənub-qərbində binanın uçması nəticəsində 43 nəfər həlak olmuşdu.
