İranın Şərqi Azərbaycan əyalətinin Merend şəhərində zorlamada təqsirli bilinərək edam cəzasına məhkum edilmiş 5 nəfər edam edilib.
İndex.az xəbər verir ki, İran Ədliyyəsinin Mizan Xəbər Agentliyinin məlumatına görə, İnqilab və Merend şəhərinin baş prokuroru Yusif Ziya Mehr “təcavüz” ittihamı ilə edam cəzasına məhkum edilmiş 5 nəfərin edam edildiyini açıqlayıb.
Sözügedən şəxslərin 2022-ci ilin mayında bir qadının şikayətindən sonra tutulduğunu bildirən Ziya Mehr, müttəhimlərin məhkəmədə cinayətlərini etiraf etdiklərini və edam cəzasına məhkum edildiyini bildirib.
İran prokuroru edamların məhkəmənin qərarını Ali Məhkəmənin qüvvədə saxlamasından sonra həyata keçirildiyini bildirib.
