"Apple" "iOS 18.5" yeniləməsini buraxıb.

İndex.az xəbər verir ki, "iPhone"lar üçün buraxılan yeni "iOS 18" versiyası bir sıra yeni funksiyalarla"Bluetooth", "FaceTime" və s.-ə təsir edən zəiflikləri aradan qaldırıb.

"iOS 18.5" yeniləməsi ilə artıq valideyinlər uşaqların nə zaman smartfondan istifadə etdiyini biləcəklər.

Belə ki, bu yeniləmə ilə uşaqlar "iPhone"u kiliddən açan kimi valideynin smartfonuna xəbərdarlıq mesajı gələcək.

Həmçinin bu yeniləmə ilə "iPhone 13" modellərində operator tərəfindən təmin edilən peyk funksiyaları üçün dəstək əlavə olunub.

Cihaz köçürüldükdə, kilidləndikdə və ya kiliddən çıxarıldıqda yerini dəyişən rənglərə sahib divar kağızları da bu yeniləmə ilə "iPhone"lara əlavə edilib.

Rəsmi buraxılış qeydlərində qeyd olunmasa da, "Apple Mail" proqramında istifadəçilərə kontakt şəkilləri dizaynını tez bir zamanda söndürməyə imkan verən yeni keçid düyməsi əlavə olunub və bütün e-poçtların görünüşünü asanlaşdıran kateqoriya dizaynında cüzi dəyişiklik var.