Azərbaycanda orta aylıq əməkhaqqının 1009 manat olduğunu nəzərə alsaq, 128 geqabayt yaddaşlı "iPhone 16 Pro" almaq üçün 78 iş günü (110 gün) işləməlisiniz.
İndex.az xəbər verir ki, İsveçrədə isə eyni model smartfonu almaq üçün cəmi 4 iş günü işləmək kifayətdir.
İndex.az müxtəlif ölkələrdə "iPhone 16 Pro" almaq üçün işləməli olduğunun günlərin sayını sizə təqdim edir:
🇨🇭 İsveçrə: 4
🇺🇸 ABŞ: 5.1
🇦🇺 Avstraliya: 5.7
🇸🇬 Sinqapur: 5.7
🇱🇺 Lüksemburq: 6.1
🇩🇰 Danimarka: 6.7
🇦🇪 BƏƏ: 7.3
🇨🇦 Kanada: 7.6
🇳🇴 Norveç: 7.7
🇳🇿 Yeni Zelandiya: 7.8
