Hollandiyada aparılan araşdırmaya görə, kişi və qadınların neçə yaşa qədər yaşaya biləcəyi müəyyən edilib.
İndex.az xəbər verir ki, "Indy100"ün məlumatına görə, Tilburq və Rotterdamdakı Erasmus Universitetindən əldə edilən qəti dəlillər insanlarda yaş məhdudiyyətləri ilə bağlı bir neçə məlumat ortaya qoyub.
Hollandiyada 75.000 ölü insandan alınan məlumatlara görə, qadınların ən çox 115,7 il, kişilərin isə daha az, 114,1 il sağ qaldığı məlum olub.
Professor Con Einmahl deyib: “İnsanlar orta hesabla daha uzun yaşayırlar, lakin bizim ən yaşlılarımız son üç onillikdə heç qocalmayıb. Təbii ki, ömür uzunluğu artıb. Amma maksimum tavan dəyişməyib”.
Yaşayan ən yaşlı insan üçün dünya rekordçusu 1875-ci ildə anadan olub və 1997-ci ildə 122 yaşında vəfat edib.
