İsrailin şimalında yerləşən hərbi bazada yerləşən əsgər özünü güllələyib.

İndex.az “Haaretz” qəzetinə istinadən xəbər verir ki, ağır yaralanan İsrail əsgərinin xəstəxanada öldüyü bildirilir.

İsrail ordusu əsgərin intiharı ilə bağlı araşdırmalara başlayıb.

İsrailin rəsmi məlumatlarına görə, oktyabrın sonuna qədər 18 ay ərzində 36 İsrail əsgəri intihar edib, 279 nəfər isə intihara cəhd edib.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından Qəzza zolağına şiddətli hücumları ilə soyqırım törədən İsrail ordusu iki il ərzində 70 mindən çox fələstinlini qətlə yetirib.