İngiltərədə açıqlanan son rəsmi məlumatlara görə, müvəqqəti bir yerdə qalan insanların sayı son 25 ilin ən yüksək səviyyəsinə çatıb.
İndex.az xəbər verir ki, bu il martın 31-dək 105 min ailə və 131 mindən çox uşaq müvəqqəti yerdə yaşayır.
Böyük Britaniyanın Mənzil Nazirliyinin məlumatlarına görə, bu rəqəm ötən illə müqayisədə 10 faiz artıb.
Bu, rəqəmlərin artmağa başladığı 1998-ci ildən bəri ən yüksək göstəricidir.
