Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 976,5 milyon manatlıq xidmət göstərib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,3% çoxdur.

8 aylıq xidmətlərin 76,1%-i əhali sektoruna aid olub, 38,3%-i və yaxud 757,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.