Pakistan Seçki Komissiyasından verilən açıqlamada, Xanın məhkəmə tərəfindən korrupsiyada günahkar bilindiyi və müvafiq qanunlara uyğun olaraq keçmiş baş nazirin 5 il müddətinə siyasətdən uzaqlaşdırılmasına qərar verildiyi bildirilib.

İndex.az xəbər verir ki, İslamabad Ali Məhkəməsi İmran Xanı 490 min dollar dəyərində hədiyyələr satmaqda və baş nazir olarkən vəzifəsindən sui-istifadə etməkdə təqsirli bilib və 3 il həbs cəzasına məhkum edib.

Pakistan polisi məhkəmənin qərarı ilə avqustun 5-də Xanı Lahordakı evində həbs edib.

Pakistan parlamentində 2022-ci il aprelin 10-da keçirilən etimadsızlıq səsverməsində 174 "yox" səsi alan İmran Xan hökuməti yıxılıb.

2022-ci il aprelin 11-də keçirilən səsvermədə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.